Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Azərbaycanın enerji sahəsində mühüm inkişaf proseslərinin xülasəsin dəqiqliklə təsvir etdi

Prezident Azərbaycanın enerji sahəsində mühüm inkişaf proseslərinin xülasəsin  dəqiqliklə təsvir etdi


Dövlət başçısı Azərbaycanın enerji sahəsində mühüm inkişaf proseslərinin xülasəsini və prioritetləri dəqiqliklə təsvir etdi.

1.Bir neçə gündən sonra Aİ ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması. Bununla Azərbaycan və Avropa İttifaqı arasında enerji təhlükəsizliyində strateji tərəfdaşlıq münasibətləri mürəkkəb çağırışlar dövründə yeni mərhələyə daxil olacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı proseslərin real məcraya düşməsini dəstəkləyən və təşviq edən imkanlar yaranacaq. Eyni zamanda yaşıl enerji üzrə əməkdaşlığa başlanması Avropaya enerji təchizatını şaxələndirəcək yeni imkanlar vəd edir.

2. Bərpa olunan enerji sahəsinin xarici investisiya hesabına inkişafı.

Bu artıq reallıqdır. Energetika tariximizdə son illərdə ilklərə imza atılıb. 710 MVt gücündə külək, günəş enerjisi layihələri sırasına 4 QVt -lıq layihələr də əlavə olunur ki, bu mövcud generasiya gücünün yaridan çoxuna bərabərdir. Yaşıl enerjiyə keçid istiqamətində Azərbaycan plan və hədəflərini təxirə salmadan irəliləyir.

3. Bərpa olunan enerjinin ixracı.

Bu gün qarşıda duran əsas məsələlərdən biri məhz yaradilacaq yeni istehsal güclərinin şəbəkəyə inteqrasiyasını təmin etməklə bərabər ixrac bazarlarının müəyyənləşdirilməsidir. Zəngəzur dəhlizi və Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabel xətti ixrac marşrutları kimi dəyərləndirilir.

4. Yaşıl enerji zonası sərhədləri daxilində kiçik SES- lərin yenidən qurulması.
Ötən il və bu ilin sonunadək 9 kiçik SES-in bərpası enerji balansına 50 MVt -a yaxın istehsal gücü qazandırır. Növbəti illərdə 82 MVt gücündə daha 18 stansiyanın bərpası və yenidən qurulması planlaşdırılır.

5. Xəzər dənizinin yalnız neft- qaz deyil, külək enerjisinin də nəhəng mənbəyi olması.
Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 QVt-dır. "Masdar "şirkəti ilə 2 000 MVt gücündə layihə üzrə İcra Müqaviləsi imzalanıb. Bir çox enerji şirkətləri ilə də hazırda əməkdaşlıq edilir.

6. Azərbaycanın qaz ixracının resurs mənbəyinin irəlidə çoxalması.
"Şahdəniz" dən başqa hazırda "Şəfəq -Asiman", "Umid-Babək', "Abşeron " AÇG dərin qaz yataqları qaz hasilatı və ixracının artırılmasına töhfə verəcəkdir.

Zəminə Əliyeva-Energetika nazirinin müşaviri
Xəbəri paylaş