Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyev vilayətində 1346 mülki şəxsin meyiti aşkarlanıb

Kiyev vilayətində 1346 mülki şəxsin meyiti aşkarlanıb


Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 346 mülki sakinin meyiti tapılıb, daha 300 nəfər itkin düşüb.

Newscenter.az-ın məlumatına görə,
“Report” “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov bildirib.

"Bu günə olan məlumata əsasən 1 346 nəfər həlak olub, dinc sakinlərin öldürüldüyün vurğulayıram. Onların əksəriyyəti odlu silahla öldürülüb", - o, milli telemarafonun efirində deyib.

Nebitov vurğulayıb ki, bu, yekun rəqəm deyil.

Onun sözlərinə görə, hazırda 300-ə yaxın insan itkin düşmüş hesab olunur.
Xəbəri paylaş