Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb


Azərkosmos və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında uzunmüddətli kommersiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılan yerüstü stansiya “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradacaq.

Newscenter.az xəbər verir ki, yerüstü stansiyada quraşdırılan 3,7 metrlik S/X diapazonlu müasir anten sistemi müxtəlif peyklərdən əldə olunan kritik məlumatların emalı, ötürülməsi, telemetriya və peyk şəbəkələri arasında nəzarəti saxlamaq və kosmosda olan aparatları monitorinq etmək üçün geniş həllər təmin edəcək.

“Qlobal yerüstü stansiya şəbəkəmizi genişləndirmək üçün Azərbaycanda quraşdırdığımız anten xidmətimizin əhatə dairəsini artıracaq və biz Azərkosmosla tərəfdaşlıqdan məmnunuq”, – “Leaf Space” şirkətinin baş direktoru və həmtəsisçisi Conata Puqlia bildirib.

“Azərkosmos və “Leaf Space” arasında əməkdaşlıq kosmosla bağlı birgə fəaliyyətimizin davamlı inkişafı istiqamətində mühüm addımdır. Bu da öz növbəsində Azərbaycan və İtaliyanın uğurlu strateji tərəfdaşlığından xəbər verir”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov qeyd edib.

Sevinc
Xəbəri paylaş