Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astara-Rəşt dəmiryolunun pulunu Rusiya verəcək

Astara-Rəşt dəmiryolunun pulunu Rusiya verəcək


Rusiya 2030-cu ilə qədər İrana 1.5 milyard dollar kredit ayırmağı planlaşdırır. Kreditin bir hissəsi Astara-Rəşt dəmiryolunun tikintisinə xərclənəcək. Azərbaycan bir neçə il əvvəl bu dəmiryolunun tikintisi məqsədilə İrana 500 milyon dollar kredit verməli idi. Qərbin İrana qarşı sanksiyaları işi uzatdı. Çünki İrana bank köçürmələri mürəkkəbləşdi. Kreml isə tələsir. Ukraynada davam edən işğalçı müharibə fonunda Rusiyanın Avropaya yolu kəsilib. Moskva alternativ yollar axtarır və bu zaman şimal-çənub nəqliyyat dəhlizinə önəm verməyə başlayıb. Rusiya və İran prezidentləri bugünlərdə Tehranda bu mövzunu geniş müzakirə ediblər.

Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın da faydasınadır. Birincisi, tranzitdən gəlir əldə edəcəyik. İkincisi, nəqliyyat dəhlizi Azərbaycanın bölgədə rolunu daha da artıracaq. Üçüncüsü, Azərbaycanın Rusiya və İranla münasibətlərində mövcud bir sıra siyasi gərginliklərə rəğmən, ortaq nəqliyyat layihəsi yumşaldıcı rol oynayacaq. Dördüncüsü, Rusiya və İran İrəvanın yalvarışlarına rəğmən, şimal-cənub nəqliyyat dəhlizində Ermənistanı deyil, Azərbaycanı seçdi.

Rusiyanın krediti ilə 164 kilometrlik dəmiryolu xətti çəkilməlidir. Hazırda Astara ilə Rəşt arasındakı məsafədə yüklər avtobomil nəqliyyatı vasitəsilə çatdırılır ki, bu sürəti azaldır. Rusiya bu yolla il ərzində 30 milyon ton yük daşımağı planlaşdırır. Bu marşrutdan Hindistan da istifadə etməyi planlaşdırır. Hazırda Hindistanın Mumbay şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə yüklər dəniz və Süveyş kanalı yolu ilə 30-45 günə çatdırılır, şimal-cənub xətti işə düşdükdən sonra isə məsafə 15-24 günə qədər qısalacaq.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş