İstanbulda Ukraynanın dəniz limanlarından taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.
Açılış mərasimində Türkiyənin milli müdafiə naziri Hulusi Akar iştirak edib.
Xatırladaq ki, taxıl dəhlizi ilə bağlı saziş iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.
Birgə Koordinasiya Mərkəzi Milli Müdafiə Universitetinin ərazisində fəaliyyət göstərir.