Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyada AES-də radioaktiv sızma qeydə alınıb

Yaponiyada AES-də radioaktiv sızma qeydə alınıb


Yaponiyada “Mixama” Atom Elektrik Stansiyasında (AES) radioaktiv sızma baş verib.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, məlumatı “Kyodo” agentliyi yayıb.

Bildirilib ki, radioaktiv sızma hadisəsi AES-in üçüncü reaktorundan qeydə alınıb.

Qeyd edək ki, “Mixama” AES Yapon dənizi sahillərində, paytaxt Tokiodan 320 km qərbdə eyni adlı Mixama şəhərində yerləşir.

AES 1970-ci ildən istismar edilir.
Xəbəri paylaş