Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya dünyanın bütün su hövzələrində üstünlüyü ələ almaqda iddialıdır

Rusiya dünyanın bütün su hövzələrində üstünlüyü ələ almaqda iddialıdır


İyulun 31-də prezident Putin Rusiyanın yeni Dəniz Doktrinasını imzalayıb. Xatırladım ki, Rusiyanın ənənəsinə uyğun olaraq Dəniz Doktrinası hər 5 ildən bir yenilənir. Bundan əvvəl o, 2015-ci ildə yenilənmişdir.

Sənəd kifayət qədər həcmli olduğundan onun detalları haqda yazmaq vacib deyil. Qısaca bunu qeyd etməyə dəyər ki, Rusiya faktiki olaraq dünyanın bütün su hövzələrində üstünlüyü ələ almaqda iddialıdır. Bu, əlbəttə Moskvanın istəyidir, reallıqlar haqqında isə xeyli danışmaq olar.

Amma bizim üçün maraqlı olan Rusiyanın Xəzər hövzəsi ilə bağlı iddialarıdır. Sənəddə xəzəryanı ölkələrlə əməkdaşlıq, birgə nəqliyyat imkanlarından yararlanmaq və s. kimi tezislərlə yanaşı Rusiyanın Xəzərdən öz strateji maraqları üçün istifadə imkan və məqsədləri də göstərilir.

Rusiya Xəzərdəki hərbi dəniz qüvvələrinin imkanlarından istifadə etməklə Qara dəniz və Fars körfəzi kimi su hövzələrini nəzarətində saxlamağı planlaşdırır. Xəzərin nəqliyyat imkanlarından istifadəyə gəlincə Doktrinada digər xəzəryanı ölkələrin liman və daşıma imkanlarının yetərli olmadığı bildirilir.

Bu da o deməkdir ki, Rusiya digər xəzəryanı dövlətlərin Xəzər dənizi hövzəsindəki maraqlarını açıq şəkildə inkar edir. Əslində burda da yeni bir şey yoxdur, çünki Xəzərin statusuna dair 2018-ci ildə imzalanmış konvensiya bunu faktiki olaraq reallaşdırıb. Üstəlik də Xəzərdə ən güclü Hərbi Dəniz Qüvvələrinə malik olan Azərbaycanın donanması sıradan çıxarılıb.

Amma ən ironik də budur ki, Rusiyanın HDQ gününə həsr olunmuş və Kaspiysk şəhərində keçirilən hərbi dəniz qüvvələri paradına Azərbaycanın HDQ gəmilərinin və şəxsi heyətinin qatılmasıdır. Xatırladım ki, həmin paradda xəzəryanı dövlətlərdən bir də İranın HDQ iştirak edib.

Qazaxıstanın və Türkmənistanın HDQ parada qatılmayıb.

Azərbaycanda HDQ ətrafında baş verənlərə (daha doğrusu, HDQ-nin məhv edilməsinə) dair susqunluğu nəzərə alaraq mövzuya yenidən və daha ətraflı qayıdacağam.

"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş