Roma Papası Fransisk Ukraynaya səfər etmək istəyir.
Newscenter.az xəbər verir ki, bu barədə Papa ilə görüşən Ukraynanın Vatikandakı səfiri Andriy Yuraş bildirib.
Diplomat tviter hesabında qeyd edib ki, Papa ilə görüşdə onun Kiyevə mümkün səfərini müzakirə edib
Fransisk bildirib ki, Ukraynanı dəstəkləyir və bu ölkəyə səfər etmək istəyir.
"Ukrayna uzun illərdir, xüsusən müharibə başlayandan Papanı gözləyir və Qazaxıstana səfərindən əvvəl onunla görüşməyə şad olardı", - Yuraş bildirib.
Anar Tagiyev