Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb


“İslami Cihad” qruplaşması Qəzza zolağında İsrail Müdafiə Qüvvələri ilə atəşkəsə razılaşıb.

Bu barədə Newscenter.az AFP-yə istinadən xəbər verir.

Bildirilir ki, islamçılar atəşkəsə hazır olduqlarını təsdiqləyən bəyanat yayıblar. Onun bu gün saat 23:30-da qüvvəyə minməsi gözlənilir.

Bundan əvvəl Misirdəki mənbələr İsrailin də atəşkəsə razılaşdığını təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl saat 20:00-da atəşkəsin gözlənildiyi bildirilib, lakin məlum olub ki, “İslami Cihad” nümayəndələri nizamlanmada vasitəçilik edən Misirdən əlavə təminat tələb ediblər.

İsrail rəhbərliyi qeyd edib ki, Qəzza zolağında əməliyyatı davam etdirmək üçün heç bir səbəb görmür, çünki yüksək səviyyəli islamçıların zərərsizləşdirilməsi məqsədinə artıq nail olunub.
Xəbəri paylaş