Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Istanbul razılaşmasından Ukrayna ilə yanaşı Rusiya da qazanclı çıxmış oldu

Istanbul razılaşmasından Ukrayna ilə yanaşı Rusiya da qazanclı çıxmış oldu


Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Rusiyanın Soçi şəhərində baş tutan görüşdə bir neçə istiqamət üzrə müzakirələr aparılıb. Aparılmış müzakirələrdə diqqəti daha çox cəlb edən məsələlərdən biri də Ukrayna taxılının BMT və Türkiyənin təminatı altında dünya bazarlarına çıxarılması məsələsi idi.

Rusiya prezidenti Ukrayna taxılının dünya bazarlarına çıxarılmasından danışarkən Rusiya taxılının və gübrəsinin də dünya bazarlarına çıxarılmasından məmnuniyyətlə danışdı. Putinin bu çıxışından belə anlaşıldı ki, deməli İstanbul razılaşmasında təkcə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün razılıq əldə edilməyib, eyni zamanda Rusiya taxılının və gübrəsinin də dünya bazarlarına çıxarılması üçün də razılıq əldə edilib. Bu isə o deməkdir ki, İstanbul razılaşması ilə təkcə Ukrayna deyil, eyni zamanda Rusiya da qazanclı çıxmış olur.

Məsələnin digər önəmli tərəfi bu anlaşmada Türkiyənin önəmi və oynadığı roldur. Türkiyə bu anlaşma ilə üç önəmli məqamı əldə etmiş olur.

1. Bu anlaşma ilə təminatçı ölkə olmaq imkanlarının yüksək olduğunu sərgiləmiş oldu və həm Rusiya, həm də Ukrayna Türkiyəyə rahat şəkiıdə etibar etdiyini nümayiş etdirə bilir.
2. Rusiya ona qarşı sanksiyaların yaratdığı çətinliklər qarşısında Türkiyədən ciddi mənada asılılığı qəbul etməyə məcbur oldu.
3. Türkiyə ən çətin məqamda da təkcə özü üçün deyil, eyni zamanda digər dövlətlərin də ərzaq təhlükəsizliyini düşünmək imkanına malikdir.

Bütün bu qeyd edilənləri nəzərə alsaq, bundan sonra hələ uzun müddət həm Rusiya, həm də Ukrayna bəzi məsələlərdə, xüsusilə də xarici ticarət əlaqələrinin fəormalaşdırılmasında Türkiyədən asılı vəziyyətdə qala bilərlər. Türkiyənin isə burada əsas qazancı regionda və dünyada nüfuzunu daha da möhkəmləndirmək, iqtisadi imkanlarını artırmaq və daxili və xarici təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Samir Hümbətov-politoloq
Xəbəri paylaş