Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb dövlətləri Türkiyə-Rusiya əlaqələrindən narahatdırlar

Qərb dövlətləri Türkiyə-Rusiya əlaqələrindən narahatdırlar


Qərb ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında iqtisadi əməkdaşlığın dərinləşməsindən getdikcə daha çox təşvişə düşüblər.

Newscenter.az xəbər verir ki, bu barədə Qərb dövlətlərinin 6 rəsmisi “Financial Times”a açıqlamasınd bildirib.

Ölkə rəsmiləri qeyd ediblər ki, Türkiyə və Rusiya liderlərinin Soçidə dörd saatlıq görüşündən sonra cümə günü ticarət və enerji əməkdaşlığını genişləndirmək vədindən narahatdırlar.

Aİ rəsmilərindən biri 27 üzv olan İttifaqın Türkiyə-Rusiya əməkdaşlığını “daha yaxından” izlədiyini və Türkiyənin Rusiya ilə ticarət platformasına çevrilməsindən narahatlığını ifadə edib.

Xatırladaq ki, Ərdoğan və Putin avqustun 5-də görüşüblər. Məlumata görə, Türkiyə Rusiyadan aldığı təbii qazının pulunu qismən rublla ödəməyə razılıq verib.

Daha sonra Ərdoğan Kremlin rəhbəri Vladimir Putini yenidən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə dəvət etdiyini bildirib. Onun sözlərinə görə, hazırda vacib olan planın effektiv şəkildə həyata keçirilməsi və müsbət ab-havanın İstanbulda danışıqlara qayıtmaq istiqamətində konkret addımlara çevrilməsidir.

Danışıqlardan sonra Türkiyə Prezidenti köməkçisi Faxrettin Altun bildirib ki, dünya Rusiyanı görməzlikdən gəlməklə Ukraynadakı müharibəni bitirə bilməz.

Anar TAGIYEV
Xəbəri paylaş