Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Türkiyənin yeni qazma gəmisinin yola salınma mərasimində iştirak edib

Ərdoğan Türkiyənin yeni qazma gəmisinin yola salınma mərasimində iştirak edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni qazma gəmisi olan “Abdülhamid Han”ın ilk missiyaya yola salınması mərasimində iştirak edib.

Newscenter.az-ın məlumatına görə, “Report” “Anadolu”ya istinadən xəbər verir ki, əvvəlcə göyərtəsində Türkiyə Prezidentinin olduğu helikopter ölkənin Cənubundakı Mersin vilayətinin Taşucu dəniz limanında qazma gəmisinin olduğu yerə enib.

Yola salınma mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edib.

Qeyd edək ki, yeddinci nəsil qazma gəmisinin uzunluğu 238 metr, eni isə 42 metrdir.

“Abdülhamid Han” 12,200 metrə qədər dərinlikdə qazma işləri apara bilər.

Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var.

Xəbəri paylaş