BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Odessa dəniz limanına gedib.
Newscenter.az "Report”-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
“BMT-nin Baş katibi Quterreş Odessa limanına gəlib”, - o bildirib.
Xatırladaq ki, A.Quterreş avqustun 17-dən Ukraynada səfərdədir. O, bundan qabaq Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.