Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Ərdoğandan nə xahiş edib?

Zelenski Ərdoğandan nə xahiş edib?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb.

Newscenter.az-ın məlumatına görə, “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Zaporojyenin təsadüfi məsələ olmadığını deyib.

Ərdoğan bildirib ki, hazırda ərazidə ukraynalı mütəxəssislər var: “Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. “Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. Rusiya dünyadakı sabitlik naminə bu addımı atmalıdır”.
Xəbəri paylaş