“Rusiya uydurma bəhanə ilə öz diplomatının Rumıniyadan çıxarılmasına adekvat cavab verəcək”.
Newscenter.az-ın məlumatına görə, “Report” “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova Rumıniyanın hərəkətlərini təxribat və Qərb dövlətlərinə öz sadiqliyini nümayiş etdirmək istəyi kimi qiymətlədirib.
“Bu, son bir neçə ay ərzində Avropa İttifaqı və NATO dövlətlərinin çoxunda dəfələrlə həyata keçirilmiş ssenari üzrə törədilmiş yeni təxribatdır”, - Rusiya XİN-in nümayəndəsi hesab edir.