Dünyada koronavirusa yoluxma hallarının sayı 595 milyon 677 min 66-ya çatıb.
Newscenter.az-ın məlumatına görə, “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd edək ki, indiyədək 6 milyon 452 min 769 nəfər COVID-19 nəticəsində dünyasını dəyişib.
Hazırda ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Cənubi Koreyada ümumilikdə 20 milyondan çox insan koronavirusa yoluxub.
Pandemiya dövründə dünyada COVID-19-a qarşı 12 milyard 66 milyon 538 min 586 peyvənd vurulub.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.