Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Kerç körpüsünü vura bilər: Ruslar Krımdan çıxacaq

Ukrayna Kerç körpüsünü vura bilər: Ruslar Krımdan çıxacaq


Krımın müxtəlif şəhərlərində dünən üç dəfə partlayış olub. Oxşar hadisə bir neçə gün əvvəl də olmuş, yarımadadakı Rusiyaya məxsus aerodrom vurulmuşdu. Bu prosesin davamının gələcəyi gözlənilən idi. Birincisi ona görə ki, Ukrayna Prezident Ofisindən bildirilmişdi ki, savaş Krımda başlayıbsa, orada da başa çatmalıdır. Bu, təsadüfi verilən bəyanat deyildi.

İkincisi, Krım hər iki tərəf üçün strateji əhəmiyyətli ərazidir. Ukraynada davam edən müharibədə Rusiyanın əsas təminatı məhz Krımdan gəlir. Rusiya 2014-cü ildə yarımadanı işğal etdikdən sonra burada hərbi onyektlər inşa edilib. Orada cəmləşmiş texnikalar bu günkü döyüşlərdə mühüm rol oynayırlar. Elə buna görə də Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir neçə gün əvvəl bildirmişdi ki, Krımı Ukraynaya birləşdirən Kerç körpüsü qanunsuz tikilib və dağıdılmalıdır.

Üçüncüsü, Ukrayna rəsmiləri son vaxtlar Qərbin silah tədarükündən gileylənmirlər. Görünür, ABŞ və müttəfiqləri Kiyevə lazım olan silahları, o cümlədən uzaqmənzilli raketləri verir. Əlbəttə, həmin silahlar arasında HIMARS raketləri xüsusi rol oynayır. Ukrayna Prezidenti Volodimir Zelenskinin inamlı çıxışları da göstərir ki, silah tədarükündə problem yoxdur.

Krımın işğaldan azad olunması Ukrayna üçün həm də psixoloji üstünlük olacaq. Rusiya tərəfi isə bundan sonra, əksinə, ruhdan düşəcək. Beləliklə, əvvəl də dediyimiz kimi, Krımın azad olunmasının strateji və psixoloji üstünlüyü var. Yarımadada partlayışların davam edəcəyi istisna deyil. Rusiya, yəqin ki, buna adekvat cavab verməyə çalışacaq. Buna baxmayaraq, əgər Krımda oxşar hadisələr təkrarlanarsa, yaxın həftələrdə rusiyalı əhalinin tədricən oradan çıxacağı istisna deyil. Hərb obyektlərin vurulması Rusiya üçün ciddi zərbədir.

Yaxın gələcəkdə Kerç körpüsünün vurulması da gözləniləndir. Doğrudur, Rusiya adekvat cavab tədbirləri nəticəsində gərginlik arta bilər. Amma fikrimcə, artıq həlledici mərhələ başlayacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş