Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin Baş katibi: “Nüvə riski onilliklər ərzində ən yüksək həddə çatıb”

BMT-nin Baş katibi: “Nüvə riski onilliklər ərzində ən yüksək həddə çatıb”


BMT-nin Baş katibi Antonio Quterreş Zaporojye atom elektrik stansiyası (AES) ətrafında vəziyyətlə bağlı dialoqun zəruriliyini vurğulayıb və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) missiyasının Kiyevdən keçməklə stansiyaya gedəcəyi təqdirdə ona töhfə verməyə hazır olduğunu təsdiqləyib.

Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Onun sözlərinə görə, nüvə riski onilliklər ərzində ən yüksək həddə çatıb.

“Nüvə silahı olan ölkələr ondan ilk istifadə etməyəcəklərini öhdələrinə götürməlidirlər. Bu ölkələr nüvə silahı olmayan dövlətləri onlara qarşı nüvə silahından istifadə etməyəcəklərinə və ya istifadə etməklə hədələməyəcəklərinə əmin etməli və şəffaf olmalıdırlar”.
Xəbəri paylaş