Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları - Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.
Newscenter.az-ın məlumatına görə, “Report” “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata bəyanatlarla çıxışında məlumat verib.
Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə çalışır: “Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək bu böhranı kökündən həll etməkdir”.