Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan idmanı tarixində ilk yaşanıb

Azərbaycan idmanı tarixində ilk yaşanıb


Parabadmintonçu İbrahim Əliyev Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.

Newscenter.az xəbər verir ki, Azərbaycan Badbinton Federasiyasından "Report"-a verilən məlumata görə, bu, Azərbaycan badmintonu tarixində bir ilkdir.

İbrahim Əliyev İndoneziyanın Cokyakarta şəhərində 23-28 avqust tarixlərində keçirilən və 15 ölkədən idmançıların qatıldığı "FOX's Indonesia Para Badminton International 2022" beynəlxalq turnirində iştirak edəcək.

Qeyd edək ki, parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasovdur.
Xəbəri paylaş