Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatma öncəsi 32 komanda UEFA reytinqindəki mövqelərinə uyğun 4 səbətə bölünüb.

1-ci səbət: "Real Madrid" (İspaniya), "Ayntraxt" (Frankurt, Almaniya), "Mançester Siti" (İngiltərə), "Milan" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Ayaks" (Niderland)

2-ci səbət: "Liverpul", "Çelsi", "Tottenhem" (hamısı İngiltərə), "Barselona", "Atletiko" (Madrid), "Sevilya" (hamısı İspaniya), "Yuventus" (İtaliya), "Leyptsiq" (Almaniya)

3-cü səbət: "Borussiya" (Dortmund) "Bayer" (hər ikisi Almaniya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" (Donetsk, Ukrayna), "İnter", "Napoli" (hər ikisi İtaliya), "Benfika" "Sportinq" (hər ikisi Portuqaliya)

4-cü səbət: "Reyncers" (Şotlandiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Marsel" (Fransa), "Kopenhagen" (Danimarka), "Brügge" (Belçika), "Seltik" (Şotlandiya), "Viktoriya" (Plzen, Çexiya), "Makkabi Hayfa" (İsrail)

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.
Xəbəri paylaş