Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanda leysan yağışları nəticəsində ölənlərin sayı 1061 nəfərə çatıb

Pakistanda leysan yağışları nəticəsində ölənlərin sayı 1061 nəfərə çatıb


Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində leysan yağışlar nəticəsində daha 28 nəfər ölüb, 48 nəfər yaralanıb.

Bu barədə Newscenter.az “Anadolu”ya istinadən xəbər verir.

Bununla da iyunun 14-dən etibarən İslam Respublikasında davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 1 061 nəfərə, yaralıların sayı isə 1 575-ə çatıb.

Təbii fəlakət nəticəsində ümumilikdə 992 min 871 evə ziyan dəyib, 727 min 144 baş heyvan tələf olub.

Ölkədə ümumilikdə təxminən 33 milyon 46 min nəfər leysan yağışlardan zərər çəkib, hazırda 498 min 442 adam yardım düşərgələrində yaşayır.


İqlim dəyişiklikləri naziri Şəri Rəhman tviter səhifəsində verdiyi açıqlamada Pakistanın ciddi iqlim fəlakəti yaşadığını və bunun ölkənin son 10 ildə qarşılaşdığı ən çətin fəlakətlərdən biri olduğunu bildirib.

Ölkə mətbuatının məlumatına görə, ordunun təşkil etdiyi əməliyyatla Hayber Paxtunxva əyalətinin Kumrat vadisində qalmış 30 tələbə xilas edilib. Hazırda təxliyə işləri davam edir.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra ölkələr Pakistana yardım ayırıblar.

Anar Tağıyev
Xəbəri paylaş