Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşıb

Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşıb


Dünyada koronavirusa yoluxanların sayı 611 milyon 702 min 686 nəfərə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun yayıldığı gündən indiyədək 6 milyon 525 min 786 nəfər COVID-19-dan dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

“Worldometers” portalının məlumatına görə, bazar günü səhərə qədər planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 837,2 təşkil edib.

ABŞ-da hər 1 milyon əhaliyə 3222, Hindistanda 376, Braziliyada 3183, Fransada 2358, Almaniyada 1775 nəfər ölüb.
Xəbəri paylaş