Dünyada koronavirusa yoluxanları sayı 617 142 025 nəfərə çatıb.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.
Koronavirus pandemiyası ərzində dünyada 6 530 643 nəfər COVID-19-dan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 596 641 729 insan sağalıb.
COVID-19-a ən çox yoluxma ABŞ-da (97 497 691), Hindistanda (44 536 468), Fransada (34 916 384), həmçinin Braziliyada, Almaniyada, Cənubi Koreyada, Böyük Britaniyada, İtaliyada qeydə alınıb.
Dünyada koronavirusdan ən çox ölüm ABŞ-da (1 078 663, son sutkada daha 7 ölüm), Braziliyada (685 410), Hindistanda (528 337), Rusiyada (386 045), Meksikada, Böyük Britaniyada aşkarlanıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib