Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar veloyürüş keçiriləcək

“Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar veloyürüş keçiriləcək


22 sentyabr “Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar Abşeron Milli Parkında veloyürüş keçiriləcək.

Newscenter.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının, Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə keçiriləcək veloyürüşün məqsədi ölkədə ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etməkdir.

Nazirliyin sözçüsü qeyd edib ki, Azərbaycanda artıq ənənəyə çevrilən veloyürüşlərin təşkili və elektrik avtomobillərinin təşviqi atmosfer havasının təmizliyinə, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş önəmli tədbirlərdəndir.

“Ətraf mühitin mühafizəsinə həsr edilmiş “Ümumdünya Avtomobilsiz Günü”nün qeyd olunmasına ilk dəfə 1997-ci ildə Böyük Britaniyada başlanıb. Hazırda bu aksiyaya dünyanın 46 ölkəsindən 2000-dən çox şəhər qatılır”.
Xəbəri paylaş