Son illərin ən yüksək dövlət-xalq-ordu birliyinin şahidi olmaqla, yaşadığımız bu şanlı tarixin hər dəqiqəsini dərin duyğular içində keçirdik.2020 ci ilin günəşli bir payız günü “ya Qarabağ, ya ölüm” deyib çətin bir yola çıxdıq. O yolda qanlar töküldü, qurbanlar verildi. Amma Azərbaycan əsgəri dayanmadı, bütün sədləri, istehkamları yarıb keçdi, 44 günlük Zəfər yürüşündə bir an da tərəddüd etmədən yalnız irəli getdi, düşməni məhv edib Vətən torpağından qovdu.
Qarabağa çox möhkəm, açılmaz düyün vurulmuşdu. Bu, mənə tarixdə çox məşhur olan Qordi düyününü xatırladır. Heç kimin açmağı bacarmadığı bu düyünü Makedoniyalı İsgəndər qılıncı ilə açmışdı. Qarabağ probleminə gəlincə, ilk düyün təxminən 200 il əvvəl Azərbaycanın bu dilbər guşəsinə ermənilərin məqsədli şəkildə köçürülməsi ilə vurulmuşdu. Sonra sovet hökuməti “Dağlıq Qarabağ Muxtar Vilayəti” deyilən qondarma ərazi vahidi yaratdı.
Təbii ki, yenə düşünülmüş surətdə. Sonra erməni şovinistlərinin və havadarlarının fitvası ilə bölgədə separatçılıq hərəkatı baş qaldırdı. Çox keçmədən ərazilərimizin 20 faizi işğal olundu, bir milyona yaxın soydaşımız doğma yurd-yuvasından didərgin salındı. BMT kimi nəhəng təşkilatın qətnamələri, Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün daxil olduğu Minsk qrupu da bu düyünü çözə bilmədi, çözmək istəmədi. Az qala 30 il sürən nəticəsiz danışıqlar prosesi, söz olaraq qalan bəyanatlar, boş və aldadıcı vədlər - beləcə, Qarabağ düyünü açılmaz hala gətirilir, yollar dalana dirənirdi.
Bu da azmış kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyi Qarabağda minbir oyundan çıxır, Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdi. Bəs münaqişənin həllinə vasitəçilik edənlər bizə nə deyirdilər: “Məsələnin həllinin sülh yolundan başqa variantı yoxdur”.
Əslində, ulu öndərimiz Heydər Əliyev də, Prezidentimiz İlham Əliyev də müharibə istəmirdi. İstəmirdilər ki, qan tökülsün, evlərə şəhid cənazələri gəlsin. Amma necə deyərlər, bıçaq sümüyə dirənmişdi. Səbri tükənən xalq, əli tətikdə olan ordu Ali Baş Komandandan hücum əmri gözləyirdi. Nəhayət çoxdan gözlənilən bu an yetişdi.
Beləliklə, iki əsrlik bir dövrdə - ermənilərin Qarabağa köçürülməsindən başlayaraq üst-üstə vurulmuş düyünlər 44 gündə kəsilib atıldı. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan dörd qətnaməsini Azərbaycan özü təkbaşına yerinə yetirərək ərazi bütövlüyünü təmin etdi.
Təbii ki, müharibələrin taleyini təkcə silah həll etmir. Hərçənd ordumuz ən müasir silahlarla silahlanmışdı. Türkiyə PUA-ları düşmənin başına od ələyirdi. “Bayraktar”ın yaxınlaşdığını hiss edən erməni əsgərləri gizlənməyə sıçan deşiyi axtarırdılar. Bununla belə, bayrağımızı azad olunmuş şəhər və kəndlərimizdə gənc qəhrəman hərbçilərimiz ucaldırdılar. O gənclər ki, bu torpaqları heç vaxt görməmişdilər, o gənclər ki, Qarabağdan analarının qucağında çıxmışdılar...
Makedoniyalı İsgəndərin Qordi düyününü qılıncı ilə açması eramızdan əvvələ aid bir əfsanədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə xalqımızın, rəşadətli Ordumuzun Qarabağ düyününü açması XXI əsrin, yaşadığımız günlərin reallığıdır.
Bu, təkcə silahların deyil, sərkərdə müdrikliyinin, dəmir iradənin, özünəinamın və xalqla Prezidentin birliyinin gücüdür. Xatırlayırsınızmı, Prezidentimiz müharibənin ilk günündən son gününədək nə deyirdi: “Bizi heç kim dayandıra bilməz, biz sonadək gedəcəyik”. Belə də oldu.
Bütün məqamları – müasir silahı, cəsur əsgəri, döyüş və vətənpərvərlik ruhu, xalqın qələbə əzmi və digər mənəvi-psixoloji aspektləri ilə götürüldükdə Vətən müharibəsi tarixi bir fenomendir.
Bu, müasir hərb tarixində bənzəri olmayan ildırım sürətli bir müharibə idi. Düşmən çaşıb qalmışdı, dünya heyrətə gəlmişdi: bu güc, bu qətiyyət haradandır? Müharibə qurtarar-qurtarmaz, Qarabağın bərpasına başlanıldı. Yenə eyni sürət, eyni qətiyyət. Dünya yenə heyrət içindədir. Cəmi bir neçə ay əvvəl qızğın döyüşlərin getdiyi bu yerlərdə asfalt yollar çəkildi, beynəlxalq aeroportlar tikildi, “ağıllı kənd”lər salındı və illərdir doğma yurd-yuvasından didərgin düşən vətəndaşlarımız evlərinə köçürüldü. Qarabağda işığımız yanmağa başladı. Qarabağımıza həyat qayıtdı. Hamısını saysaq uzun bir siyahı alınar. 44 günlük Vətən müharibəsi kimi, bu birillik bərpa dövrü də fenomendir. Azərbaycanın iqtisadi potensialını, qüdrətini, xalqımızın qurub-yaratmaq əzminin göstəricisidir.
Bütün bunlar haqqında çox deyilib, çox yazılıb. Biz yazarlar həm müharibə, həm də bərpa dövrünün salnaməsini yazmışıq və yazırıq: günbəgün, saatbasaat.Bu barədə söhbəti uzatmaq istəmirəm. Bu dəfə isə məqsədim Vətən müharibəsi, Qarabağda aparılan bərpa-quruculuq işləri ərəfəsində sevincimizi kədərə döndərən məğlub düşmənin, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatından danışmaqdır.
Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasına baxmayaraq Ermənistan məğlubiyyətini qəbul etmək istəmir. Ötən müddət Azərbaycanın beynəlxalq arenadakı uğurları və Ermənistanın hər revanşist addımının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması ilə xarakterik oldu. Təəssüf ki, məğlubiyyətlərlə dolu keçmişinə baxmayaraq düşmən ona verilən dərsləri ya anlamır, ya da tez-tez unutqanlıq nümayiş etdirir. Ermənistan hər dəfə üçtərəfli danışıqların ruhuna zidd olaraq, təxribatlar törədir, revanşist cəhdlər edir.Təxribatlarına son qoymayaraq az qala hər gün Ordumuzun mövqelərini atəşə tutur. Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbə vurdu. 80 Azərbaycan övladının şəhid olması hər birimizi dərindən sarsdı və kədərləndirdi. Eyni zamanda yenidən qisas hisslərimizi də körüklədi. Bu günə qədər verilən rəsmi məlumata əsasən 135, qeyri-rəsmi məlumatlara görə isə 400-dən çox erməni hərbiçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri texnika baxımından da böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən düşmənin 53 döyüş mövqeyi məhv edilmiş, xeyli sayda strateji yüksəklik nəzarətə götürülmüşdür. Yəni, Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edilmişdir. Məlumatlardan da görünür ki, Azərbaycan hər bir şəhidinin qisasını qətiyyətlə almış, onların qanını yerdə qoymamışdır.Amma əksər ölkələrin həm mənafe, həm də siyasi baxışlarını önə çəkərək mənfur düşmənlərimizə arxa çıxması bizi təəssüfləndirir.Tarixi faktlar, sazişlər, müqavilələr bütün suallara cavab verirsə də ikili standartlara malik dünya ölkələri bunları görmək, qəbul etmək istəmir. Dünyada qlobal problemlərin pik həddə çatdığı son illərdə insanlıq adına qara ləkə olacaq utancverici hadisələr baş verir. Bir millətin nə ziyalısı, nə qadını, anası, ...bu məntiqsiz, doymaq bilməyən nəfsə, bu qədər insan ölümünə, şəhər, kəndlərin dağılmasına etiraz etmirsə, xəstə ruhlarının cəhənnəmdə məskunlaşması labüddür.
27 iyun 2022 ci il tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.”
Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır.
13 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.
13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır.
Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanın təxribat cəhdlərini, eyni zamanda mina xəritələrini vermədiyinə görə şiddətlə qınamalı və rəsmi İrəvan beynəlxalq normalara riayət edilməsi tələb olunmalı və buna görə hüquqi məsuliyyət daşımalıdır.
13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb.
İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanın insidentləri və təxribatları ölkəmizdə həmrəylik mühitini daha da bərkidir.Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur.
Bundan əlavə bir daha xatirlayaq ki, Ermənistanın 1991-ci ildə BMT-yə təqdim etdiyi dövlət xəritəsinin heç bir siyasi-hüquqi qüvvəsi yoxdur. SSRİ dağılan ərəfədə Azərbaycan və Ermənistan arasında başlayan müharibə iki ölkə arasında dəqiq sərhədlərin demarkasiya və delimitasiyasına fürsət yaratmayıb, elə buna görə də bu iki ölkə hələ əsrin əvvəlində öz müstəqilliklərini elan edərkən Paris Sülh Konfransına təqdim etdikləri və dünya birliyi tərəfindən de-fakto tanındıqları xəritələr əsas götürülməlidir! Həmin xəritədə Azərbaycanın suveren ərazilərinə Göyçə gölünün bir hissəsi, ətrafındakı ərazilər və Qərbi Zəngəzur da daxil olub.
Tarixin arxivinə gömülmüş, Sovet İmperiyası vaxtı Azərbaycana qarşı baş verənlərin, qanuni sərhədlərinin zorakı üsullarla dəyişdirilməsinin zərrə boyda hüquqi-siyasi əsası qalmadığından, bu şər yuvasından bizə miras qalan hər şeydən imtina edilməlidir. ADR-in varisi olduğumuz üçün bizim hüquqi-siyasi olaraq tam haqqımız var ki, 1918-1920 ci illərdə rəsmiləşmiş Dövlət Xəritəmizi götürək və beynəlxalq miqyasda bunu mübahisələndirək.Prezident İlham Əliyevin bir fikrini xatırlamaq yerinə düşərdi: “Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır”...
Ümumtürk tarixində dörd məşhur müharibənin adı keçir: Malazgird savaşı (1071-ci il), İstanbulun fəthi (1453-cü il), Çanaqqala (1915-ci il) və Sakarya (1922-ci il) müharibələri. Azərbaycan xalqının Vətən müharibəsi də bu sırada durmağa layiqdir. Qarabağ Zəfəri haqlı olaraq bütün türk dünyasının zəfəri sayılır.Şanlı Qələbəmizdən ötən iki ilə yaxın zaman və bizi Zəfərə qovuşduran bu günlər . Bu günlərin hər biri, hər bir anı çoxəsrlik tariximizin ən şanlı, bənzəri olmayan səhifələridir. Azərbaycan Prezidenti və onun ətrafında yumruq kimi birləşən əzmkar xalqımız, Ali Baş Komandanın əmrlərini layiqincə yerinə yetirən rəşadətli Ordumuz yenidən möhtəşəm bir tarix yazır. Azərbaycanın Qarabağının və bizim doğma torpağımız Zəngəzurunun, Göyçə mahalının, İrəvanın taleyini dəyişir. Bu gün bütün yollar qalibiyyətə gedir, bu yollar bizi zəfərdən-zəfərə aparır.
Adətən müharibədə hücum edən tərəfin itkiləri daha çox olur. Çünki qarşı tərəf istehkamlar qurur, qüvvələrini döyüş üçün əlverişli mövqelərdə yerləşdirir. Şir kimi vuruşan Azərbaycan əsgəri bu müharibənin gedişindədə bir addım da geri çəkilmədi, daim irəli getdi. İşğalçı ordunun itkiləri bizə nisbətdə 2-3 qat çox oldu.Haqq savaşımızın bir fenomeni də budur.Dövlətimiz və xalqımız bu sınaqdanda ləyaqətlə çıxdı, torpağını qorumağa qadir olduğunu, öz gücünü bütün dünyaya nümayiş etdirdi.
Birliyimizi şərtləndirən mənəvi-psixoloji amillərdən biri də, sözsüz ki, Türkiyənin qardaşlıq dəstəyidir.Təxribatın ilk dəqiqələrindən çox hörmətli Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin siyasi və hərbi rəhbərliyi yenidən dünya ölkələrinə birmənalı mesajını verdi: Azərbaycan tək deyil!
Beləcə, gözlərimiz önündə yüz illər sonrakı nəsillərin də qürur duya biləcəyi qardaşlıq dastanının yeni fəsilləri yazıldı və bu gün də yazılmaqdadır.
Nəhayət, müqəddəs bayrağımız dilbər guşələrimizdə dalğalandırıldı.Azərbaycan Bayrağını uzun illər işğal altında olan torpaqlarımızda yenidən dalğalandığını görməkdən şərəfli nə ola bilər ki?
Sonda məğlub, rəzil erməni xalqına bunları demək istərdim: – dünyada qlobal problemlərin getdiyi bir zamanda nədən bütün millətlərə, dövlətlərə qısqanclıqdan, düşmənçilikdən əl çəkmirsiniz? Özgələrin torpağına vəhşicəsinə təcavüz etməklə nə qazandınız? Hələ də israrla torpaq davası edirsiz Ermənistanda. Təslim aktını imzaladıqdan sonra belə, gülünc xülyalarla yaşamaqda davam edirsiniz?! Biz şəhidləri Vətən müharibəsində, ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımız uğrunda verməyə məcbur idik, şəhid verdiksə qısasını 1 şəhidimizə 10 erməni leşi və üstəlik işğal etdiyiniz torpaqlarımızla geri aldıq. Bəs siz niyə bütün dünyadan diləndiyiniz ianələrlə özgə torpağını mənimsəmək üçün “insanlarınızı” qırğına verirsiz? Özgə torpağına bu təşnəliyin səbəbi nədir?
Artıq bütün dünyanın təsdiqlədiyi “Qarabağ,Zəngəzur, Göyçə, İrəvan və Qərbi Azərbaycan Azərbaycandır!” şüarı – tarixi gerçəkliyini qəbul etməlisiniz! Çünki müqəddəs Azərbaycan torpağı mənfur millətin iyrənc nəfəsindən saralıb-solub, tamamilə viran qalmışdı!!! Biz isə Böyük Qayıdışla Qarabağımıza yeni nəfəs gətiririk!!!
Ordumuz ən yeni tariximizi qan və silahla yazdı, torpaqlarımızı yenidən düşməndən təmizlədi, işğalçı Ermənistana, onun havadarlarına və dünya ermənizminə böyük, unudulmayacaq bir dərs verdi.
Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhları qarşısında baş əyir, onların doğmalarına Allahdan səbir diləyirik. Onlarla qürur duyuruq. Vətən sağolsun!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və bundan sonra bərpa quruculuq işlərində yönümüz əbədi-əzəli torpaqlarımızadır – Zəngəzuradır, Göyçəyədir, İrəvanadır və Qərbi Azərbaycandakı digər tarixi torpaqlarımızadır.
Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edilən qalib xalqdır. Əlbəttə ki, tarixi qələbəni bizə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir, Müzəffər Azərbaycan Ordusudur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: "Unutmasınlar ki, dəmir yumruq yerindədir".
Aygül Bağırova