Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Xəzər rayonunda keçiriləcək

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Xəzər rayonunda keçiriləcək


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xəzər rayonunda görüşü təşkil olunacaq.

Newscenter.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya Zirə qəsəbəsi, Seyid Əzim Şirvani 40 ünvanında (Mədəniyyət Mərkəzi) baş tutacaq.

“Səyyar qəbul otağı” oktyabrın 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Xəbəri paylaş