"Qərb, xüsusilə də ABŞ və Böyük Britaniya Ukrayna siyasətində son 10 ildir Suriyadakı strateji səhvlərin bənzərlərini edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri QAFSAAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. O bildirib ki, hazırda Ukrayna müharibəsindəki strateji mənzərə 2011-2015 Suriya savaşındakı proseslərə getdikcə daha çox bənzəyir:
"Azərbaycanda hərə öz siyasi mövqeyindən yola çıxaraq və ya Rusiyanın imperial mövqeyinə qarşı durumu, ya da Ukraynaya haqlı simpatiyası səbəbiylə meydana çıxacaq strateji mənzərəni yetərincə görmək istəmir".