Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan hər iki şəxs müalicə aldığı xəstəxanadan təcili tibbi yardım maşınları vasitəsilə Bakıya gətirilir.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, oktyabrın 8-də Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan- 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu Bərdə Diaqnostika Mərkəzindən təcili tibbi yardım briqadasının həkimlərinin nəzarəti altında Bakıya, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilir.
Onların vəziyyəti orta-ağır olaraq qaldığı bildirilir.
Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində təmizlənməmiş ərazidə, müəyyən olunan marşrutdan kənarda baş verib.
Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.