Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ömrünün 82-ci ilində vəfat edib.
Newscenter.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev bildirib.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.