Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəşəriyyət müharibəyə “yox” deməzsə, müharibələr bəşəriyyətə “yox” deyəcək!

Bəşəriyyət müharibəyə “yox” deməzsə, müharibələr bəşəriyyətə “yox” deyəcək!


“Polisə Dəstək” ictimai birliyi bəyanat yayıb.

Newscenter.az xəbər verir ki, bəyanatda deyilir:

”Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin dəqiq hərbi taktikası və yüksək manevr tapşırıqları əsasında 44 günlük vətən müharibəsində xalqımıza qarşı genosid cinayətini planlaşdıran, təcavüzkar və nasist xislətli erməni ordusunu sarsıdıcı zərbələri ilə darmadağın etdi.

Zəfər həm də vətənə sədaqətin canlı təzahürü idi.

Azərbaycan tarixinə həkk olunan böyük qələbənin iki ili ərzində ermənilər Azərbaycana qarşı vandal hərəkətlərindən, terror və təxribat əməllərindən əl çəkmir,qərb havadarlarına güvənərək Azərbaycan ərazisini hər gün iri çaplı silahlardan istifadə etməklə atəşə məruz qoyur.

Beynəlxalq Hüququn hamılıqla tanınmış əsas prinsiplərini pozmaqla ölkəmizin artan diplomatik, hərbi və siyasi uğuruna kölgə salmağa çalışır.

Azərbaycan isə yüksək təmkin nümayiş etdirərək baş verənlərə yalnız Beynəlxalq Hüququn əsas- Güc tətbiq etməmək və ya güclə hədələməmək; Beynəlxalq mübahisələri dinc yolla həll etmək;Sərhədlərin pozulmazlığı;Ərazi bütövlüyü;Beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinin müstəsna həyasızlıqla pozulmasına dair bəyanatlar səsləndirsə də,beynəlxalq cinayətlərə göz yumulur.

Uzun illər ərzində regionda davam edən pravakasion əməlllərin əsas səbəblərindən biri, bəlkə də ,ən mühümü Ermənistan hərbi - siyasi xuntasının- başda Nikol Paşinyanın və qətliamda bilavasitə işrirak edənlərin cəzasızlıq mühitindən sui-istifadəsi, BMT orqanlarının və qərbin bu haqsızlıq önündə susmalarıdır.

DE-yure susmaq razılıq ifadəsidir. Baş verənlər isə De-fakto Ermənistana havadarlıq edən dövlətlərin “xeyir-duası” ilə həyata keçirilir.

“Polisə Dəstək” ictimai birliyi bəyan edir ki, Ermənistanın törətdiyi xüsusi amansızlığı ilə seçilən hərbi cinayətləri və azad olunmuş ərazilərdə, Xocəvəndin Edilli kəndində kütləvi məzarlıqların aşkar edilməsi ermənilərin Azərbaycan vətəndaşlarına qarşı genosid cinayətinin təzahürü və davamıdır.

Azərbaycan kosmopolit bir hüquqi dövlət kimi hətta hüzn günləri ərəfəsində yüksək humanizm nümayiş etdirərək, xüsusilə ağır hərbi cinayətlər törədən erməni döyüşçülərini qarşı tərəfə təhvil verdi,hamıya görk olacaq bir addım atdı –əlləri övladlarımızın qanına batmış düşmən hərbiçilərini "sərbəst buraxmaqla" qeyri adi bir böyüklük və humanizm ortaya qoydu.

"Polisə Dəstək"İB hesab edir ki, Ermənistan hərbi xuntasının insanlığa zidd və regionda sülhün müdafiəsinə əngəl olacaq hərəkətləri “söndürülməmiş ocaq” qədər təhlükəlidir.

İCTİMAİ BİRLİK Sosial ədalətin bərpası məqsədilə Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948 -ci il Konvensiyasının,İşkəncə və digər qəddar,qeyri insani və ya ləyaqətini alçaldan rəftar və ya cəza növləri əleyhinə 1984-cü il Konvensiyanın tələblərini önə çəkərək “Qarabağ " beynəlxalq hərbi tribunalın təsis edilməsini, müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyanın tətbiqini vacib sayır.
Təsis olunacaq Beynəlxalq hərbi məhkəmənin qərarı həddini aşan bəzi dövlətlərə də görk olacaq.
Ermənistana dəstək verən digər iştirakçı dövlətlərin də Beynəlxalq hərbi tribunalın yurisdiksiyası daxilində ittiham olunması ilə ədalət zəfər çalacaq.

(Tarixdə Nürinberq,Yuqoslaviya və Ruanda hərbi tribunalları olub.) Əks təqdirdə belə bir cəzasızlıq mühiti həddini aşıb güc tətbiq edən dövlətlərin sayının artmasına təsir edəcək.

Bəşəriyyət müharibəyə “yox” deməzsə, müharibələr bəşəriyyətə “yox” deyəcək!
Xəbəri paylaş