Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çavuşoğlu: "Fransadakı erməni diasporu Azərbaycanla münasibətlərinin normallaşmasının əleyhinədir"

Çavuşoğlu: "Fransadakı erməni diasporu Azərbaycanla münasibətlərinin normallaşmasının əleyhinədir"


Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.

Newscenter.az-ın məlumatına görə, "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda Türkiyə vətəndaşları ilə görüşündə deyib.

O qeyd edib ki, bu diasporun üzvləri yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliyi dəstəkləyirlər. Nazir Fransada yaşayan türkləri bununla mübarizə aparmağa çağırıb.

Çavuşoğlu qeyd edib ki, Türkiyə-Amerika Koordinasiya Komitəsi də erməni diasporunun Türkiyə və türk xalqına qarşı böhtanlarına qarşı uğurla mübarizə aparıb.
Xəbəri paylaş