Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın vacib sülh təklifinə Putin hazırdır?

Ərdoğanın vacib sülh təklifinə Putin hazırdır?


Türkiyə prezidenti T. Ərdoğan Rusiya və Qərb arasında Ukrayna məsələsi ilə bağlı danışıqları təşkil etmək istəyir. Bu barədə Türkiyə mediası xəbər yayıb. Bu barədə bildirilir ki, Türkiyə ABŞ, Rusiya, İngiltərə, Fransa və Almaniyanı eyni bir masa arxasında əyləşdirmək niyyətindədir. Bu plan hələ ki, həminki bütün tərəflərin nəzərinə çatdırılmayıb, ancaq, ABŞ, Rusiya məlumatlıdır.

Digər tərəfdən, cümə günü Praqa görüşündən qayıdan kimi T. Ərdoğanla Rusiya prezidenti V. Putinin arasında telefon danışığı olub. Görünür ki, Ərdoğan Praqada Qərb liderləri ilə görüşdə Ukrayna məsələsi ilə bağlı apardığı söhbətlərin nəticəsini Putinlə bölüşüb. Və yəqin ki, ehtimal olunan Qərb-Rusiya sülh danışıqları barədə də Putinlə söhbətləri olub. Bu barədə rəsmi yayım bildirir ki, Türkiyə dövlətinin başçısı T. Ərdoğan Ukrayna məsələsinin ədalətli və sülhlə həllində tərəfləri qane edəcək töhfəni verməyə hazırdır.

T. Ərdoğanın belə vacib sülh təklifinə çox yəqin ki, Putin hazırdır. Həm Ərdoğana, onun düzgün obyektiv xüsusiyyətinə Putinin inamı çoxdu. Və həm də ki, Putinə üzdə göstərməsə də bu saat sülh vacib lazımdır. Yaxşı bilir ki, belə gedişatla onun ölkəsi və hakimiyyəti çökəyə doğru gedir. Və hiss olunur ki, özü də peşimandır başlatdığı Ukrayna avantürasına. Bir adla çəkilmək istəyir.

Qərbin özünə də lazımdır Ərdoğanın bu təklifi yəqin ki. Qərb Ərdoğanın bu məsələdə açıqca Ukraynanın ərazi bütövlüyünün, Rusiyanın isə, əraziləri təhvil verməsi tərəfində olduğunu bilir. Və həm də, Qərb az ehtimal olsa belə, savaşın nüvə silahı işlətmə həddinə keçməsini istəmir.

Beləliklə, Ərdoğan 2-ci dünya müharibəsindən bəri dünyada ən təhlükəli qarşıdurmada unikal bir barışdırıcı inam, mövqeyə sahib siyasətçidir. Türkiyənin dünyada sayılıb-seçilən nüfuz gücə çevirlməsində və həm də, dünya türk birliyinin möhkəmliyində müstəsna xidməti olan liderdir.

Ukrayna problemində addımları da xeyirxahdır.

Və zənnimizcə də, sonunda bu münaqişə sülh, ədalətlə və Rusiyanın geri çəkilməsi ilə bitəcək.

P. S.
Və burada, Ərdoğanın bir vacib şansı da var ki, bu sülh danışıqlarında Ukraynanın ərazisindən rus qoşunlarının tamam çıxarılması ilə bərabər, Krımın müstəqillik almasına nail olsun. Burada, Krım məsələsi hər iki, Rusiya və Ukrayna tərəfi üçün keçilməz mübahisədir. Ona görə fikrimcə, Krımın qarşı tərəfə qalmasındansa, hər iki tərəf onun tarixi, Tatar müstəqilliyinə razı ola bilərlər.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş