İranda iki həftədən artıqdır ki, davam edən etiraz aksiyaları özünün yeni mərhələsinə qədəm qoyur. Belə ki, bütün ölkəni əhatə edən aksiyalara Güneydəki soydaşlarımız da qoşularaq özlərinin haqq və hüquqları, milli hökumət və azadlıqlarını tələb edirlər. Artıq bu istiqamətdə tələblərin səsləndirilməsi ilə yanaşı, konktret işlərin görüldüyü də İrandan gələn xəbərlər arasındadır.
Newscenter.az tarixçi Rəfail Eminova istinadən xəbər verir ki, artıq İranda yaşayan Azərbaycan türkləri Güney Azərbaycan Müvəqqəti Milli Məclisi təsis etmək istiqamətində hərəkətə keçiblər. Məlumata görə, artıq bu məqsədlə Təşkilat Komitəsi də yaradılıb.
Anar