Türkiyənin İstanbul şəhərində üçmərtəbəli yaşayış binasında baş verən partlayışda 3 nəfər ölüb.
Newscenter.az-ın məlumatına görə, "Report" "Haber Global"a istinadən xəbər verir ki, partlayışdan sonra Kadıköy rayonunda yerləşən binada yanğın başlayıb.
Qeyd edək ki, partlayışa səbəb binanın 3-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb. Məlumata görə, 1 yaralı binadan çıxarılıb.
Partlayışın səbəbi barədə məlumat verilmir.