Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Krım körpüsündə partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib

Krım körpüsündə partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib


Ukrayna xüsusi xidmət orqanları yük maşınının köməyi ilə Krım körpüsündə partlayış təşkil edib.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Ukraynanın yüksək rütbəli məmuru partlayışın arxasında Ukraynanın dayanması barədə məlumatı təsdiqləyib.

“Hökumətin partlayışla bağlı müzakirələrə qadağa qoyması səbəbindən adının açıqlanmasını istəməyən rəsmi şəxs əlavə edib ki, Ukrayna xüsusi xidmət orqanları partlayışı körpünün üzərindən keçən yük maşınına yüklənmiş bombadan istifadə edərək həyata keçirib”, - nəşr yazıb.
Xəbəri paylaş