“Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, 10.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işlərinin görülməsi planlaşdırılır.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.