Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Praqa görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi hesab etmək olar

Praqa görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi hesab etmək olar


Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştiraka dəvət edilməsi, bu toplantıda Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü və bu görüşdə əldə edilən nəticələr bunu deməyə əsas verir ki, dünyda baş verən və sürətlə dəyişməkdə olan geosiyasi vəziyyət Azərbaycanın nəinki regionumuzda, mübaliğəsiz demək olar ki, dünyada mövqeyini getdikcə gücləndirməkdədir.

Qeyd edilən görüşdə əldə edilən razılaşmalar Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına gətirib çıxara bilər. Ermənistanın Azərbaycanla sərhəddində Aİ-nin mülki missiyasın yerləşdirilməsi haqqında əldə edilən razılaşmalar belə deməyə əsas verir. Ümidvarıq ki, Azərbaycan Prezidentinin düşünülmüş, qəti mövqeyi (Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib) ölkəmizin mənafelərinə uyğun nəticələrin əldə edilməsinə gətirib çıxaracaqdır.

Hər şeydən göründüyü kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmalara baxmayaraq hələ də iki qonşu ölkə arasında sülh müqaviləsinin bağlanmasına əsas maneə törədən Rusiyadır. Rusiya yaxşı başa düşür ki, sülh sazişi bağlanacağı təqdirdə o, nəinki soxulduğu Azərbaycan torpaqlarından, həm də, yaxın gələcəkdə Ermənistandan və bütövlükdə Cənubi Qafqazdan çıxa bilər. İlham Əliyevin Praqa görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması təşəbbüsünün artıq Aİ-na keçdiyini söyləmək olar. Gözlənilən odur ki, Rusiya bu prosesə mane olmaq üçün əlindən gələni edəcək. Ancaq ümid etmək olar ki, Praqada İlham Əliyev və R.T.Ərdoğan N.Paşinyanı yaxşı başa salıblar! Erməni tərəfi nəhayət başa düşməlidir ki, nə Rusiyaya, nə ABŞ-na, Fransaya, eləcə də Aİ-na güvənməklə heç nə əldə edə bilməyəcək, Ermənistanın, erməni toplumunun (onlara xalaq demək xalqlara həqarətdir) gələcəyi Azərbaycandan və Türkiyədən asılıdır.

Fikrimizcə, Praqa görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi hesab etmək olar. Xeyirli, uğurlu olsun!

Teyyub Əliyev-Təkamül Partiyasının sədri
Xəbəri paylaş