Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Yevlaxda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var


Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.

Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Onlardan bir neçəsi bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş