Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətin, hökumətin gözləntilərini doğrulda bilməyən səviyyədə keçirilən TƏDBİRLƏR

Dövlətin, hökumətin gözləntilərini doğrulda bilməyən səviyyədə keçirilən TƏDBİRLƏR


Son günlər, ölkə Azərbaycanda dalbadal 3 vacib əhəmiyyətli təbəqənin, alimlərin (Milli Elmlər Akademiyası), jurnalistlərin (Mətbuat Şurası) və yazıçıların (Yazıçılar Birliyi) yüksək yığıncağı və bunlara rəhbər seçkisi keçirildi.
Təəssüflər olsun ki, bu tədbirlər Azərbaycan cəmiyyətinə xoş təəssürat, gözəl ümidverici irəliləyiş hissləri, güvən rahatlığı bəxş etmədi. Əvəzində, təşkili və keçirilməsi prosesindəki qüsurları ilə, öz ətrafında yaratdığı narazılıq, ziddiyyətli söz-söhbət, hay-küy qalmaqallı mühiti ilə bu nümunəvi, qabaqcıl təbəqələr insanlar, cəmiyyət üçün bir gərginlik, stress ovqatı yaratdı. Düşünürəm ki, heç dövlətin, hökumətin özünün gözləntilərini doğrulda bilməyən səviyyədə keçirildi həmin tədbirlər.

Xüsusən də, son, Yazıçılar Birliyi kimi ölkənin yüksək, nümunəvi elit ziyalılarının qurultayı. Belə baxanda, bu tədbirin keçirilməsi üçün dövlət kifayət qədər vəsait, şərait və dəstək ayırmışdı. Xalq, cəmiyyət özü də bu tədbirin keçirilməsini istəyirdi xoş ümidli gözləntiləlrə. Qurultay iştirakçılarının əksəriyyəti də məlum idi ki, tanınmış yazıçı Anarı seçəcəklər və bu seçimdə heç bir gözlənilməzlik və ya tədbirə qarşı təlatüm yarada bilən ciddi ziddiyyət də olmayacaq. Çünki, Anarın tərəfdarları çoxdur, ölkə yazıçıları mühitində. Hamı da bunu bilirdi.

Bunu bilərək, qurultay təşkilatçı və öndərləri bu tədbirdə izafi hissiyyata qapılıb, niyə belə mühafizəkar, sanki bir qarşıdurmaya, döyüşə hazır ovqata düşüb, özlərini də gərgin aparıb, belə gözəl ziyalı tədbirini də, belə "fövqəladə prosesə" çevirdilər? Bu, başa düşülən olmadı! Xüsusən də, maraqlı cəmiyyətə və cəmiyyətin də maraqlarını təmsil edən jurnalistlərə qarşı.

Jurnalistlər sədr Anara sual verir, deyir müavin "Çingiz cavab versin qoy" və bir, hirsli formada. Yazıçı Çingiz Abdullayevə də sual verir, qanuni və etik çərçivədə Bakı tv kimi tanınmış və leqal fəaliyyətli, "qeyri-sarı" media orqanı əməkdaşı. Və çox hirsli, kobud və hətta təhqirli cavab alır. Düşünülmür ki, cavab ikilikdə, jurnalistə deyil, tv ekranların qarşısındakı milyonlarla izləyiciyə, xalqa cəmiyyətə yönəlir. Jurnalistlər də, tədbir rəhbərliyinin belə qəribə, hiddətli davranışına aydınlıq gətirmək üçün digər sədr müavini və həm də, həmişə mülayim xarakteri ilə tanınan həmkar baş redaktor, Rəşad Məcidə ümidlə üz tuturlar. O isə, əvvəlkilərdən daha çox hiddətli və mühafizəkar "müdafiə pozalı" cavablandırır.

Bu təşkilatlar, elm, yazıçılıq, jurnalistika əslində ictimai xaraktetlidirlər seçkili orqanlar olmaqla. Bunların birlik qurumunu dövlət təmin, dəstək himayəsinə götürürsə ki, xalqa, cəmiyyətə tam qarşılıqlı ünsiyyətlə xeyir verin, bu demək deyil ki, bunlar dövlət orqanlarıdırlar. Və bunların da hörmətli ziyalı rəhbərləri özlərini gərək, məmur inzibatçı, "vəzifəçi" rolunda hiss etməsinlər. Əks halda, yerlər, "izlər" bir-birinə problemli qarışır, cəmiyyətə də, dövlətə də "başağrı" yarana bilir.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş