
"Parlamentli respublikaya çevrilmək məsələsi gündəmdə deyil. "Güclü Prezident - nüfuzlu Parlament - hesabatlı hökumət" prinsipi qorunub saxlanılır. Ümumxalq səsverməsinin keçirilməsi təklifi bu konsepsiyanın həyat qabiliyyətini nümayiş etdirir. Ona görə də ölkəmizin gələcəyi ilə bağlı siyasi qərarların birgə qəbul edilməsinə ehtiyac var".
Newscenter.az xəbər verir ki, bunları Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. O bildirib ki, biz digər dövlətlərin mütərəqqi konstitusiya siyasəti ilə yanaşı, Venesiya Komissiyasının həlledici rolunu və onun nümunəvi hüquqi təcrübəsini yüksək qiymətləndiririk:
"Bu, demokratik təsisatların inkişafının müəyyənləşdirilməsində və insan hüquqlarının təmin edilməsində əsas istiqamətimizdir. Bu il Konstitusiyamızın qəbulunun 30 illiyi tamam olur. Bu münasibətlə mən bu sənədin sosial sabitliyin və dinamik inkişafın təmin edilməsində əsas rolunu qeyd etmək istərdim. qlobal çağırışlarla üz-üzədir”.
Mehman Mehdiyev







































