Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qafqaz Yəhudilərinin Ümumİsrail Assosiasiyasının Gürcüstan nümayəndəliyi təsdiq olunub

Qafqaz Yəhudilərinin Ümumİsrail Assosiasiyasının Gürcüstan nümayəndəliyi təsdiq olunub


Magen David Azərbaycan hüquq-müdafiə mərkəzinin direktoru David Seliverstov Gürcüstana səfər edib.

Newscenter.az xəbər verir ki, burada Gürcüstan Yəhudiləri İttifaqının idarə heyətinin sədri Merab Çançinaşvili ilə görüş keçirilib.

Görüşün əsas mövzusu Magen David Georgia təşkilatının Gürcüstan Yəhudiləri İttifaqına daxil edilməsi, eləcə də Qafqaz Yəhudilərinin Ümumİsrail Assosiasiyasının Gürcüstan nümayəndəliyinin təsdiqi olub.

Həmsöhbətlər yəhudi icmasının gücləndirilməsi, mədəni və mənəvi irsin inkişaf etdirilməsi, eləcə də Qafqaz, İsrail və Gürcüstanın yəhudi təşkilatları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

David Aronov Magen David Georgi Gürcüstanda bu gündən etibarən rəsmi olaraq direktor təyin edilib.

Qeyd edək ki, David Aronov, 13 iyun 1983-cü ildə Stavropol diyarının Pyatiqorsk şəhərində anadan olub. O, Milli Tədqiqat Universitetinin İqtisadiyyat Ali Məktəbini (HSE) bitirib, Gürcüstanın yəhudi icmasının həyatında fəal iştirak edir və ölkədəki koşer restoranları şəbəkəsinə rəhbərlik edir.

David Aronovun təyinatı icma strukturunun inkişafında yeni mərhələni qeyd edir və mədəni, təhsil və mənəvi sahələrdə gələcək layihələr üçün perspektivlər açır.

Süleyman
Xəbəri paylaş