Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynaya qarşı irimiqyaslı raket hücumlarına başlaya bilər

Rusiya Ukraynaya qarşı irimiqyaslı raket hücumlarına başlaya bilər


Balidə baş tutacaq G20 sammiti zamanı Rusiya qoşunları Ukraynaya qarşı irimiqyaslı raket hücumları həyata keçirə bilər.

Newscenter.az-ın məlumatına görə, “Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) komandanlığının spikeri Yuri İqnat bildirib.

O deyib ki, Rusiya əlamətdar günlərdə təxribat törətməyi çox sevir:

“Qarşı tərəf silah, o cümlədən raket toplamağa davam edir. Buna baxmayaraq, onların ehtiyatları xeyli tükənib”.

Xatırladaq ki, daha əvvəl İqnat xəbərdarlıq etmişdi ki, qarşı tərəf Ukraynaya yeni kütləvi zərbələr endirmək üçün raketlər toplamağa başlayıb.

Həmçinin bu yaxınlarda prezident Vladimir Zelenski xəbərdarlıq etdi ki, Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı kütləvi yeni zərbələr hazırlaya bilər.

Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da keçiriləcək.
Xəbəri paylaş