2022-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manata yaxın təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz və ya 573,6 milyon manat artıb.
Newscenter.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz çoxdur.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artaraq 128,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,9 faiz artaraq 95,3 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artıb və 662 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 50,7 faiz artaraq 461,6 milyon manat təşkil edib.
R.Mehdiyeva