Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin 10 ayında ölkədə elektrik enerjisi istehsalı 3,8 % artıb

Cari ilin 10 ayında ölkədə elektrik enerjisi istehsalı 3,8 % artıb


Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2238,6 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,7 mln. kVt·st, yaxud 3,2 % artması deməkdir.

Newscenter.az-a Energetika Nazirliyindən daxil olan xəbərə görə, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 295,4 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 169,9 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-oktyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 876,4 mln. kVt·st, yəni 3,8 % artaraq 23 748,6 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 458,4 mln. kVt·st artaraq 21 933,4 mln. kVt·st, SES-lərdə 354,5 mln. kVt·st artaraq 1 463,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,4 mln. kVt·st artaraq 291,8 mln. kVt·st olub.

Yanvar-oktyabr aylarında külək elektrik stansiyalarında 73,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 55,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 163,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2022-ci ilin 10 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 432,6 mln. kVt·st (İES-lərdə 20 075,0 mln. kVt·st, SES-lərdə 1 357,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 396,4 mln. kVt·st (İES-lərdə 252,9 mln. kVt·st, SES-lərdə 92,6 mln. kVt·st, GES-də 50,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 55,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 864,6 mln. kVt·st təşkil edib.

2022-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 101,2 mln. kVt·st, idxalı isə 115,7 mln. kVt·st olub.

Sevinc
Xəbəri paylaş