Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turizm məsələləri ilə məşğul olan qurumların nümayəndələri üçün seminar keçirilib

Turizm məsələləri ilə məşğul olan qurumların nümayəndələri üçün seminar keçirilib


Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar təşkil edilib.

Newscenter.az-a İctimai Birlikdən daxil olan xəbərə görə, “Miqrasiya qanunvericiliyi sahəsində yeniliklər və elektron resurslardan səmərəli istifadə” mövzusunda təşkil olunan seminarda turizm sahəsində fəaliyyət göstərən özəl müəssisələrin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Dövlət Miqrasiya Xidmətinin məsul şəxsləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov görüşün məqsədi barədə məlumat verib, turizm sektorunda mövcud vəziyyət və bu sektorun miqrasiya ilə bağlı olan aktual aspektləri barədə danışıb.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşları miqrasiya qanunvericiliyinin turizm məsələləri ilə bağlı müddəalarını və elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatlarla çıxış ediblər.

Tədbirdə çıxış edən Ruslan Quliyev, Şəmsəddin Əliyev, İradə Həsənova, Həmid Cahedi, Aqil Dadaşov və başqaları ölkəyə gələn turistlərlə bağlı statistik göstəricilər, turist vizaları və onların müddəti, miqrasiya qaydalarını pozan əcnəbilərin məsuliyyəti, otel və mehmanxanalar tərəfindən qeydiyyata alınan turistlərin inzibati öhdəlikləri, miqrasiya sahəsində maarifləndirmə tədbirləri və digər aktual məsələlər barədə fikir bildiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Anar Əliyev
Xəbəri paylaş