Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi keçirilib

Xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi keçirilib


Azərbaycanda qış idman növlərinin inkişafı, bu idman növləri üzrə idmançıların yetişdirilməsi, həmçinin Milli Yığma Komandanın formalaşdırılması məqsədilə 15-16 noyabr tarixlərində xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi prosesi keçirilib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından Newscenter.az-a bildirilib ki, adıçəkilən federasiya və “Şahdağ” Turizm Mərkəzi QSC-nin birgə təşkilatçılığı ilə baş tutan seçimlər Federasiya tərəfindən dəvət olunan beynəlxalq məşqçilər Patrik Kampays və Filip Gayet tərəfindən həyata keçirilib. Nəticələrə əsasən iki qrup olmaqla 11 nəfər gənc idmançı seçilib. A qrupu üzrə 3 qız və 3 oğlan, B qrupunda isə 2 qız və 3 oğlan təyin edilib.

Seçilmiş idmançılar Azərbaycanı gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək üçün Federasiya tərəfindən dəvət olunan xizək alpinizmi üzrə məşqçi Patrik Kampays tərəfindən hazırlaşdırılacaq.

Məşqlər “Şahdağ” Turizm Mərkəzində həyata keçiriləcək.

Oruc
Xəbəri paylaş