Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.
Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, dekabrın 2-də start götürəcək çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq.
Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşanın seçmələri ilə üz-üzə gələcək. Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma ilk oyununda Polşa komandası ilə qarşılaşacaq.
“Avro 2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.
Oruc