Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət büdcəsində xüsusi çəkiyə malik olan sosialyönlü xərclər artacaq

Dövlət büdcəsində xüsusi çəkiyə malik olan sosialyönlü xərclər artacaq


Gələn il sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 45,7 faizini təşkil etməklə 15 milyard 219 milyon manat məbləğində nəzərdə tutulur və ya cari illə müqayisədə 1 milyard 289 milyon manat və ya 9,3 faiz çox proqnozlaşdırılır.

Newscenter.az-ın xəbərinə görə. Maliyyə Nazirliyinin yaydığı açıqlamada sosialyönlü xərclərin 52,8 faizi və ya 8 milyard 41 milyon manatı əməyin ödənişi xərclərinə, 26,7 faizi və ya 4 milyard 65 milyon manatı təqaüd və sosial müavinət xərclərinə, 9,0 faizi və ya 1 milyard 366 milyon manatı əhaliyə səhiyyə xidmətlərinin təşkili və göstərilməsi xərclərinə, 7,5 faizi və ya 1 milyard 144 milyon manatı ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadı inkişaf Strategiyasında nəzərdə tutulmuş sosial tədbirlərin maliyyə təminatına, 3,1 faizi və ya 477,0 milyon manatı ərzaq məhsullarının, dərman, sarğı ləvazimatlarının alınması xərclərinə yönəldiləcəkdir.

Əhalinin sosial müdafiəsi və sosial təminatı üzrə xərclər üçün növbəti ilin dövlət büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2022-ci ilə nisbətən 687,0 milyon manat və ya 18,4 faiz çoxdur.
Növbəti ildə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı həddinin 23 faiz və yaşayış minimumunun məbləğinin 17 faiz artırılması nəzərdə tutulur və beləliklə də ehtiyac meyarının məbləği yaşayış minimumun məbləğinə çatdırılır.

Gələn il sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün dövlət büdcəsində 2 milyard 598 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367,0 milyon manat və əlavə məşğulluq tədbirləri çərçivəsində içtimai işlərə cəlb olunması xərcləri üçün 266,0 milyon manat vəsait nəzərdə tutulur.

Sevinc
Xəbəri paylaş