Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə baş verən zəlzələdə 22 nəfər xəsarət alıb

Türkiyədə baş verən zəlzələdə 22 nəfər xəsarət alıb


Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.
Xəbəri paylaş